Aktrisa Dilan Çiçek Deniz keçmiş sevgilisi Rafael Cemo Çetinlə yollarını ayırdıqdan sonra onun yaxın dostu Miro Gerede Erkaya ilə münasibətə başlayıb.
Bizim.Media xəbər verir ki, bu vəziyyət Çetin ailəsində narazılıq yaradıb. İddialara əsasən, Rafaelin qardaşı Orfeo Çetin Miro ilə qarşılaşıb və ona hücum edib. Bu insident iki dost arasındakı uzun illik münasibətə son qoyub.
Deniz bir il ərzində rejissor və prodüser Sinan Çetinin oğlu Rafael Cemo Çetinlə birlikdə olub, lakin cütlük ötən ilin sentyabrında ayrılıb.
Ayrılıqdan sonra aktrisa Rafaelin yaxın dostu Miro ilə kameralara tuş gəlib. Tərəflər münasibətlə bağlı hələ də rəsmi açıqlama verməsələr də, yaşanan gərginlik və iddialar medianın gündəmində qalmaqda davam edir./Milli.az
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
11:46 / 23.11.2025
İndi də keçmiş sevgilisinin dostu ilə birlikdə!
Hazırda oxunan: İndi də keçmiş sevgilisinin dostu ilə birlikdə!
Hazırda oxunan: İndi də keçmiş sevgilisinin dostu ilə birlikdə!
581938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































