Müğənni Leyla Rəhimova boşandığı həyat yoldaşı Zaur Cəlilin özünə və övladlarına məxsus sənədləri ondan almaqda ittiham edir.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı "Space xəbər"ə danışan ifaçı aidiyyəti qurumlardan ona sənədlərini bərpa etməkdə yardım göstərməklərini istəyib.
O, iddia edir ki, keçmiş həyat yoldaşı müğənini valideynlərini ziyarət etmək məqsədi ilə Bakıya gətirib, lakin daha sonra ona və övladlarına aid olan sənədləri götürərək Amerikaya qayıdıb.
L.Rəhimova bildirib ki, sənədləri eks-həyat yoldaşından istəsə də, Z.Cəlil cavabında onları itirdiyini deyib.
Leyla uşaqlarına sənədlər almaq üçün aiddiyyəti qurumlara müraciət edib:
"Boşanma Azərbaycanda oldu. Mənə elə gəlir ki, Amerikada hələ də nikahda varıq. Onu dəqiq deyə bilmirəm. Uşaqlarımın doğum haqqında şəhadətnaməsini və öz "green" kartımı bərpa etmək istəyirəm. Keçmiş həyat yoldaşıma müraciət edəndə, dedi ki, sənədləri itirmişəm. Çox istəyərdim ki, mənə kömək olsunlar. Çünki uşağımı burada harasa aparanda sənəd lazım olur. Uşaqlarım demək olar ki, havada qalıblar".
Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. 2023-cü ildə o, Bakıya qayıdıb. Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, sosial şəbəkədə paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib. (axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
23:57 / 22.11.2025
"Eks-ərimin bu addımına görə uşaqlarım havada qalıblar" - VİDEO
Hazırda oxunan: "Eks-ərimin bu addımına görə uşaqlarım havada qalıblar" - VİDEO
Hazırda oxunan: "Eks-ərimin bu addımına görə uşaqlarım havada qalıblar" - VİDEO
581911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































