Ötən gün Kainat Gözəli Seçilmiş meksikalı Fatimə Boş haqqında maraqlı məlumatlar üzə çıxıb.
Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, 25 yaşlı bu gözəl 2000-ci ildə Meksikanın Tabasko əyalətində anadan olub.
Altı yaşında ikən ona disleksiya və diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu diaqnozu qoyulub. Məktəbdə çətinlik çəkirdi, həm də həmyaşıdları tərəfindən sevilmir və zorakılığa məruz qalırdı. İndi o, bunun onu gələcəyə hazırladığına inanır.
"Mən başa düşdüm ki, gücüm başqalarının fikirlərində deyil, öz içimdədir", - deyə Kainat Gözəli bildirib.
16 yaşında ABŞ-a köçüb. Daha sonra moda dizaynı üzrə Milandakı NABA İncəsənət Akademiyasında oxuyub.
Artıq uzun illərdir ki, o, həmçinin Tabaskoda xərçəng xəstəsi olan uşaqlar üçün illik oyuncaq kampaniyası təşkil edir.




Bizim.Media
































































































