Əməkdar artist Mətanət İsgəndərli “Dərd verdin” adlı mahnısını klubda oxuyan bacılardan danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə M. İsgərdərli “Qonaqcanlı”da açıqlama verib.
İsgəndərli müzakirə yaradan video haqqında bunları söyləyib:
“Mənim xəbərim yoxdur, heç bir söz deməyiblər. Demirəm ki, oxumasınlar. Sadəcə zəng edərdilər, onlara mahnı barədə məlumat verərdim. Ola bilər ki, cavandırlar musiqinin dərinliyini bilmirlər, harada oxumaq lazımdır məlumatlı deyillər. Lakin efir mahnıları var, bir də sənət mahnıları. Toyda oxunan mahnılar başqadır.
Bu, klubda, barda oxunan mahnı deyil. Heç kimi aşağılamıram, mənə desəydilər, icazə verərdim, başa salardım. Ola bilər sərxoşdurlar, o videoda qışqırırlar. Məndən bu mahnını toylarda istəyirdilər, oxumurdum. Hətta verilişlərdə də oxumurdum ki, uyğun olmalıdır, insan öz dərdini qabaqcadan necə hiss edir.
Bu mahnını oxumamışdan əvvəl sanki Nailə Mirməmmədli öz dərdini hiss etmişdi.
Onda xoşbəxt ailələri var idi. Onda heç oğlunu da itirməmişdi. Çox ağır mahnıdır. Nailə zəng etdi ki, “Mətanət bu mahnını az oxuyurdun, indi çox oxu, elə bil, mən öz dərdim üçün yazmışam”.
Onda da oğlunun meyiti ortada idi, mənə zəng etdi. Bəlkə də ruhu əziyyət çəkir”.
Sara, Bizim.Media

























































































