Yadigar Muradovun OĞLU: “Sonuncu dəfə əlimi sıxıb, alnımdan öpdü” - VİDEO

Yadigar Muradovun OĞLU: “Sonuncu dəfə əlimi sıxıb, alnımdan öpdü” - VİDEO

Hazırda oxunan: Yadigar Muradovun OĞLU: “Sonuncu dəfə əlimi sıxıb, alnımdan öpdü” - VİDEO

581225

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradovun oğlu atasının vəfatından danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Xəzər axşamı”na açıqlama verib.

Sənətçinin övladı atasının oktyabrın 4-dən xəstəxanada olduğunu bildirib:
 

“Oktyabr ayının 4-dən xəstəxanada idi. Həm ürəyində problemi var idi, həm də başqa xəstəlikləri, boğazında yaranan şiş beyinə gedən damarları sıxmışdı, insult keçirmişdi. Həkimlər çox səy göstərdilər. Amma nəticə acı oldu.


Sonuncu dəfə yanına oktyabrın 18-i girmişdim, ona qədər şüuru qismən yerində idi, əməliyyatdan sonra səs tellərini itirmişdi. Danışa bilmirdi, süni nəfəs aparatına qoşmuşdular, boğazında nəfəs borusu açılmışdı. Dodağını oxumağa çalışdım, bizi eşidib başa düşürdü. Əlimi sıxdı, alnımdan öpdü”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO