Aşıq Tellinin ARB-də yaşadığı insident şou idi? - VİDEO

Aşıq Tellinin ARB-də yaşadığı insident şou idi? - VİDEO

Hazırda oxunan: Aşıq Tellinin ARB-də yaşadığı insident şou idi? - VİDEO

580595

Aşıq Zülfiyyə İbadova həmkarı Aşıq Telli Borçalının ARB-nin əməkdaşına hücum etməsindən danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Öz aramızda” verilişində açıqlama verib.

Zülfiyyə küsülü olduğu Tellinin həmin an özündən çıxmasına münasibət bildirib:

“O videonu mən də gördüm, yəqin əsəbi olub, sonradan peşman olub. Bəlkə də bilə-bilə etməyib. Canlı yayımda hər şey ola bilər. Qətiyyən elə reaksiya vermərəm. Mən zarafat olduğunu düşündüm. Ola bilər ki, ərk edib. Hərə bir xarakterin sahibidir. Nə deyim vallah? Babək ümumilikdə dedi ki, insanın xasiyyətini bilməlisən, əsəbiləşə bilər, işinə diqqətlə yanaşmalısan. Mənim mahnımın yerində başqa mahnı verilsə də, deyərəm səhvdir olub. Hamı ölümü bilərək yaşasa, kimsə kiminsə xətrinə dəyməz”.

Zülfiyyənin oğlu Babək Quluzadə isə bunun şou olduğunu iddia edib.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO