Rəqsanənin qızı gözəllik salonunda İŞLƏYİRMİŞ - VİDEO

Rəqsanənin qızı gözəllik salonunda İŞLƏYİRMİŞ - VİDEO

Hazırda oxunan: Rəqsanənin qızı gözəllik salonunda İŞLƏYİRMİŞ - VİDEO

580275

Müğənni Rəqsanə İsmayılovanın kiçik qızı Yağmur haqqında yazılan şərhlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Yağmur Rusiyada bir gözəllik salonunda çalışdığını bildirib.

O bunu maddi vəziyyətin aşağı olması ilə əlaqələndirənlərə cavab verib:

“Əziz izləyicilərim, artıq  bir ildən çoxdur ki, administrator kimi çalışıram. Anam da işimi bilirdi və bununla fəxr edirdi, çünki mən öz istəyimlə işləməyə qərar vermişdim. Hazırda mən gözəllik salonunda baş administratoram. Bu yerə heç kimin köməyi olmadan, tamamilə öz zəhmətimlə çatmışam, çünki ayaq üstə dayanmaq, öz gücümlə irəliləmək istəyirdim.
 

Mən supermarketdə işləmirəm, geyim satmıram - prestijli bir gözəllik salonunun baş administratoruyam. Anamın həyatında baş verən bu dəhşətli hadisədən əvvəl də işləyirdim. Bu o demək deyil ki, mənim maliyyə vəziyyətim pisdir.


İşləmək ayıb deyil,  ayıb olan işləməmək və valideynlərin boynunda oturmaqdır.

Ümid edirəm ki, bununla bütün suallarınıza cavab vermiş oldum. Məni heç kim tərk etməyib bacım, anam və atam hər zaman yanımdadırlar. Xahiş edirəm, artıq qəribə və mənasız şərhlər yazmayın”.

Qeyd edək ki, Rəqsanə dələduzluq ittihamı ilə həbs olunub.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO