Əməkdar artist Nuriyyə Hüseynova oğlu Türkəl Hüseynoğludan danışarkən kövrəlib.
Bizim.Media xəbər verir ki, müğənni "İncə səhər" verilişində övladının Vətən müharibəsində iştirakını xatırlayaraq, bunları söyləyib:
"Bir vaxt 20 Yanvar faciəsində ölkəmizə olan təcavüzdə oğlum 1 yaş yarımlıq idi. Tanklar keçəndə qorxub məni qucaqlayırdı. İndi isə qürurla deyirəm ki, böyütdüyüm oğul ölkəsinə xidmət edir. İllərim boşa getməyib. Vətəninə sayqı duyan övladlar yetişdirmişəm. Aldığım ən böyük mükafatım onlardır".
Qeyd edək ki, Türkəl Vətən müharibəsində həkim kimi iştirak edib. (Axşam.az)
Bizim.Media





























































































