Müğənni Bəturə Hüseynova mərhum gitara ifaçısı Nofəl Süleymanovla bir vaxtlar eşq yaşadığı iddialarına cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Öz aramızda” verilişində açıqlama verib.
Bəturə aparıcı İsa Şükürovun “İddia olunur ki, N. Süleymanovun oğlu atası sizinlə eşq yaşadığı üçün onun canına qıyıb” sualına belə cavab verib:
“Bu o qədər ciddi, məsuliyyət daşıyan cümlə və ittihamdır ki… Bunu jurnalist xanım yazmışdı, onda Türkiyədə idim. Zəng etdim, soruşdum ki, niyə mənimlə danışmadan belə bir şey yazmısız?
Dedim, bir mənbə göstərin. Dedi ki, bir nəfər yollayıb. Çox xətrimə dəydi, jurnalistsən, kimsə sənə xəbər yollayıbsa, dərc edə bilməzsən. Bunu araşdırmalısan, təsdiqləməlisən.
Amma kimsə sənə deyir, mənlə danışmadan, ailəmi, oğlumu, həyat yoldaşımı düşünmədən necə yaya bilərsiz? Hələ də qarşı tərəfin yası var, onu fikirləşmədən, bu xəbəri necə yayar?
Həyat yoldaşım məni tanıdığı üçün dedi ki, “boş ver. İnanılası məsələ deyil”.
O vaxt Nofəl bəyin ailəsi verilişdə idi, canlı bağlantı ilə qoşuldum, ailəsi də dedi ki, “Bəturə xanımlıq deyil”. Belə başa düşürəm ki, bu hadisəni üstümə atdılar, çox güman ki, belə bir şey olub, amma başqa xanımdır.
Üstündən illər keçib, amma yadıma düşəndə deyirəm, səni Allaha tapşırıram. Əgər yazsaydılar ki, Bəturə xanımla sevgili olub, keçərdim.Çünki onsuz da yazılır belə xəbərlər. Ortada böyük bir ittiham var”.
Qeyd edək ki, Nofəl Süleymanov oğlunun əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Sara, Bizim.Media



























































































