17 yaşlı qızın yazdığı qarğış onu ağlatdı - VİDEO

17 yaşlı qızın yazdığı qarğış onu ağlatdı - VİDEO

Hazırda oxunan: 17 yaşlı qızın yazdığı qarğış onu ağlatdı - VİDEO

578936

Şair Cığatel İsaqızı və övladı Leyla Camal "Gün ortası" proqramına qonaq olan zaman gərgin anlar yaşayıb.

Bizim.Media xəbər verir ki, leyla veriliş zamanı ona gələn "Allah sizin kefinizi pozsun" mesajına əsəbiləşib. Göz yaşlarını saxlaya bilməyən Leyla bunları deyib:
 

"Mənə o qarğışı edəcək səbəb yoxdur. 36 yaşım var, anam nə deyir edirəm. Uşaq heçmi tərbiyə almaz? Onu yazanın heç 17 yaşı yoxdur.  Nə istəyirsiniz bizdən? Gah Cığatel xanıma, gah mənə yazırlar. Bir balam var, başımı salıb onu böyüdürəm. Yorulmuşuq, çıxaq gedək? Biz sizin yerinizi dar edirik? Biz getsək, yeriniz genələcək? Atamı, Süleymanı unutmamışam. Biz ana-bala iməkləyirik, zülm çəkirik. Sənətdə bir çoxları var ki, məni itələməyə çalışırlar. 17 yaşında uşağın yazdığına baxın".


Cığatel "Reklam fasiləsində bir qızcığaz ona qarğış yazıb. Onu bir dəfə çağırıb oxutmuşuq.

Sonra anlaşılmazlıq olub, bir tədbirə çağıracaqmışlar, çağırmayıblar. İndi bizə belə qarğış edir" deyə, məsələnin səbəbini açıqlayıb. (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO