Çinarədən ETİRAF: “Keçmiş qayınanam üçün darıxıram” - VİDEO

Çinarədən ETİRAF: “Keçmiş qayınanam üçün darıxıram” - VİDEO

Hazırda oxunan: Çinarədən ETİRAF: “Keçmiş qayınanam üçün darıxıram” - VİDEO

578725

Müğənni Çinarə Məlikzadə keçmiş həyat yoldaşı, aktyor Əlibəy Məmmədli ilə bağlı açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Pərvizə görə”də danışıb.

Çinarə deyib ki, keçmiş qayınanası üçün darıxır: “Ailə qurduğum üçün peşiman deyiləm.
 

Bəzən ətrafımdakı xanımlardan eşidirəm ki, “oğlan mənə deyir, ailəm icazə vermir, ona görə evlənmirəm”. Deyirəm ki, hamısı boş söhbətdir.


Qız olduğum halda bunu edə bilirəmsə, o, niyə etməsin?

Evlənməyimə, ayrılmağıma da peşiman deyiləm. Sevib-ailə qurma hamıya qismət olmur.

Öz seçimim olub, ikinci dəfə ailə qurmaq istəyərəm, çox ailəcanlıyam. Deyirəm ki, mən subaylıq edə bilmirəm, evlənməliyəm ki, bilim yanımda biri var.

Bütün münasibətlərdə dostluq olmalıdır. Ayrılanda da kişi kimi ayrılmaq lazımdır.

Ən azından birgə gözəl xatirələriniz olub, ona hörmət etmək lazımdır. Bir də görürsən, ayrılırlar, bir-birilərinin dalınca danışırlar. Ayrılıq normaldır, bu, ola bilir.

Bizim münaisbətdə belə olmayıb, çünki o da özünə hörmət edən adamdır, mən də.

Bizim münasibətimiz normaldır. Heç vaxt onun ailəsi ilə problemim olmayıb.

Əksinə çox istəmişəm. Bəzən keçmiş qayınanam üçün çox darıxıram. Həqiqətən çox istəmişəm”.



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO