"Əsl sənətkar gücü reklama yox, işə verməlidir. Sənətdə sən bazar fikirləşirsənsə, bunun adı sənət yox bazardır. İyrənc reytinq".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Afaqla 10-lar" verilişinə açıqlamasında deyib.
Müğənni özünü reklam edən ifaçılardan danışıb. O bildirib ki, bu cür reytinqi sənət hesab etmir:
"Sənətinin arxasında 20 il varsa, seçici olmağa haqqın var: jurnalist, tərəfdaş, veriliş, çalışdığın rejissor. Bunları seçməlisən, hamısı sənin haqqındır.
Hər yerə xərclənsən, səndən nə qalar? Sənət pul yox, sənət qəbul edir. Sənətkar sənətə dəlicəsinə aşiq olandır.
 
Ruzi gələcəksə, gələcək. Bazar olanda keyfiyyət unudulur. Beyinləri yuyan, zövqləri korlayan reytinq. Biz efirə getməmişik ki, reytinqimiz olacaq.
Peşəkarlar kənarda durub, "efiri bəyənmirəm" deməməlidir. Seçməlidir.
Danışığını bilməyən aparıcı qarşısında dayanmaram". (axsam.az)
Bizim.Media
					
























































































