İspaniyalı yarımmüdafiəçi Pedro cari mövsümün sonunda “Latsio” klubundan ayrılacağını açıqlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli oyunçu açıqlamasında bunları deyib:
“Komandama hər zaman kömək etməyə çalışmışam. Bu mövsüm “Latsio”dakı son ili olacaq, amma istəyirəm ki, klubdan avrokuboklara vəsiqə qazanaraq ayrılım. Hələ də böyümək və daha yüksək yerlər uğrunda mübarizə aparmaq imkanımız var. Neçə il daha oynayacağımı bilmirəm, amma hər məşqdən maksimum yararlanmağa çalışıram. Zaman keçdikcə karyeramın sonuna bir addım da yaxınlaşıram.”
Beləliklə, Pedro açıqlaması ilə həm “Latsio” azarkeşlərinə, həm də futbol ictimaiyyətinə karyerasının sonuna yaxınlaşdığına işarə edib
Qeyd edək ki, 38 yaşlı futbolçu 2021-ci ildən Roma təmsilçisinin formasını geyinir. O, bundan əvvəl “Barselona”, “Çelsi” və “Roma” kimi klublarda da çıxış edib.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
00:23 / 01.11.2025
Pedro karyerasının sonuna YAXINLAŞIR
Hazırda oxunan: Pedro karyerasının sonuna YAXINLAŞIR
Hazırda oxunan: Pedro karyerasının sonuna YAXINLAŞIR
578283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































