Günel Reza Zərrabla nişanlı olmasından danışdı: “Bu, heç kimi narahat etməsin”

Günel Reza Zərrabla nişanlı olmasından danışdı: “Bu, heç kimi narahat etməsin”

Hazırda oxunan: Günel Reza Zərrabla nişanlı olmasından danışdı: “Bu, heç kimi narahat etməsin”

577333

Xəbər verdiyimiz kimi, əslən Cənubi Azərbaycandan olan iş adamı Reza Zərrabın həyatı ekranlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, iş adamının eks-nişanlısı, müğənni Günel Zeynalova buna münasibət bildirib.

”Pərvizə görə” verilişində danışan ifaçı bunları əlavə edib:

“Düzünə qalsa, mənim həyat hekayəm onunkunu keçər. Çünki həyatımda utancverici bir şeylər yaşamamışam. Bu hadisədən də utanmıram. Hər bir qız nişanlana da bilər, ayrıla da. Deməli ki, özümə və ya ailəmə yaraşdıra bilmədiyim bir şey var ki, mən onunla davam etdirə bilmirəm də”.

Müğənni şəxsi həyatı haqda sualları cavablandırıb:

“8 il filan olar ki, başım fərqli çalışır. Hər şey axarında və doğru zamanında olur. Mənimlə eyni düşünən insan qarşıma çıxacaq və mən onunla ailə quracağam və yaxud da qurmayacağam. Bu, heç kimi narahat etməsin”.

Sənətçi bir müddət əvvəl sosial şəbəkə hesabında avqustda evlənəcəyinə dair verdiyi açıqlamaya da aydınlıq gətirib:

“Bir nəfər sual verirdi dayanmadan. Artıq o sualı o qədər verirdilər ki, dedim ki, əl çəkin də məndən. Mən də dedim qoy belə yazım, avqustu keçirdik”./Axşam.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO