"İstəyirəm ki, məni yaxşı ata kimi xatırlasınlar"

"İstəyirəm ki, məni yaxşı ata kimi xatırlasınlar"

Hazırda oxunan: "İstəyirəm ki, məni yaxşı ata kimi xatırlasınlar"

577078

"Gələcəkdə yaxşı insan, aktyor, ifaçı kimi xatırlanmaq istəyirəm. Oğlum Fuad da 1 yaşından Rus Dram Teatrında çıxış edir. İstərdim ki, illər sonra mən olmayanda övladlarım mənim yolumu davam etdirsinlər. Bir çox sənət adamı övladının məşğul olduğu sahədə çalışmasını istəmir".

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor-müğənni Murad İsmayıl "Gün ortası" verilişində deyib.

Aktyor gələcəkdə övladlarının onu yaxşı ata kimi xatırlamasını istədiyini də bildirib:

"İstəyirəm ki, gələcəkdə övladlarım məni yaxşı ata kimi xatırlasınlar. Axı yaxşı atayam. Bizim ailəmizdə kişilər ailəni həmişə birinci yerə qoyur, diqqətdən kənarda saxlamır. Övladlarıma qarşı heç vaxt diqqətsizlik etməmişəm. Mənə elə gəlir ki, onlar böyüyəndə mənimlə fəxr edəcəklər".

Qeyd edək ki, M.İsmayıl ötən il aktrisa Ülviyyə Xəlilbəyovadan boşanıb. Cütlüyün bu evlilikdən iki oğlu var. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO