Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun bacısı Melisa Dilarə Tatlıtuğ həbs olunub.
Bizim.Media xəbər verir ki, iddiaya görə, o, keçmiş həyat yoldaşının sevgilisinə təcavüz edib.
Tatlıtuğ ailəsi mövzu ilə bağlı əvvəlcə səssiz qalsa da, Melisanın vəkili İbrahim Halil Ateş məsələ ilə bağlı yazılı açıqlama yayıb.
O bildirib ki, müvəkkili qısa müddətli həbs yaşayıb, lakin bu, prosedur səhvi ilə bağlı olub:
“Bir müddət əvvəl baş vermiş sözlü mübahisə ilə bağlı ona qarşı tərəfin şikayəti əsasında hüquqi proses başlanıb. Bu müddət ərzində Melisa ona göndərilən bildirişlərə baxmayıb.
Bu səbəbdən qısa müddətli həbs yaşayıb, daha sonra isə azadlığa buraxılıb”.
Bizim.Media