"Şəxsi həyatımdan danışacağam..."

"Şəxsi həyatımdan danışacağam..."

Hazırda oxunan: "Şəxsi həyatımdan danışacağam..."

576298

"Özümü aparıcı hesab etmirəm. İndi də elədir. Aktyor kimi fəaliyyət göstərirəm.
 

İncəsənət sahəsi olduğu və aparıcılıqda da aktyorluq lazım gəldiyi üçün rahatdır. O vaxtlar İlkin Həsəni əsgərliyə gedirdi, "ATV maqazin"ə onun yerinə məni dedilər.


Etiraz etdim: həm televiziyaya yeni gəlmişdim, həm də aparıcılıq nədir bilmirdim.

Gedib İlkinin atası ilə də görüşmüşdüm. Bir il apardım, heç razı deyildim. Bir təsəllim o idi ki, İlkin qayıdacaq".

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Elşən Orucov "Mədəni şou" proqramında deyib.

O, aparıcılığından danışaraq, bunun ürəyincə olmadığını deyib.

Elşən verilişlərin bir-birini təkrar etməsindən söz açıb:
 

"Nə tamaşaçını, nə televiziyada çalışanları qınamaq olur. Bəzi mətbəx məsələsi var: fikirləşirsən ki, kimisə çağırıb şəxsi məsələdən sual versəm baxılacaq.


Bunun üçün böyük məbləğ ödəyib, dekor düzəltmək lazım deyil.

Televiziyada verilişlər bir-birinə özlərini rəqib sayıb, eyni mövzunu çalxalayırlar.

Müəyyən müddətdən sonra tamaşaçıya maraqlı gəlməyəcək və boşluq yaranacaq.

Televiziyamızda keyfiyyətli, amma reytinqi olmayan verilişlər var. Onlar gəlib öz yerini tutacaq". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO