Müğənni Aynur Dadaşovanın evində xeyir iş olacaq.
Bizim.Media xəbər verir ki, bu haqda Aynur "Öz aramızda" proqramında danışıb.
Sənətçi dünyasını dəyişən bacısının qızına toy edəcək. O bildirib ki, nişan gələn ilin aprelində planlaşdırılır:
"O mənim böyük qızımdır. Ailələrimiz bir-birini tanıyıb, bəyənib. Gözəl, alicənab insanlardır.
Onun ailə qurmasına qarışmaram. Hansı zəmanədə yaşayırıq? Gənclər özləri bir-birini bəyənib, seçib. Qızımın 19 yaşı tamam olub, 20 yaşa keçib".
Qeyd edək ki, Aynurun 2 övladı var. İfaçının bacısı bir müddət əvvəl xərçəngdən dünyasını dəyişib. (axsam.az)
Bizim.Media