Xalq artisti Naibə Allahverdiyeva efirdə qəzəblənib.
Bizim.Media xəbər verir ki, buna səbəb “Günə uğurla” verilişində sənətçiyə keçmiş həyat yoldaşı ilə bağlı sual verilməsi olub.
Belə ki, bu suala əsəbiləşən aktrisa bunları söyləyib:
“Mən o kitabı bağlamışam. Artıq getdi. Əsəb keçirirəm. Bu barədə danışılacağını bilsəm, efirə gəlməzdim. Mən o keçmişi bağlamışam. O mənim həyatımı məhv edən, illərimi alan bir keçmişdir. Bu illər ərzində çox şey uduzdum. Sanki bir qaranlıq dünyada idim. Elə bil məni həbsxanaya salmışdılar. Dəhşətli bir şey idi. Bu, sevgi deyildi. Sadəcə ikinci evliliyim idi, qınaqlardan çəkindiyim üçün davam edirdi”.
Qeyd edək ki, Xalq artistinin keçmiş həyat yoldaşı ona şiddət göstərdiyi üçün həbs olunmuşdu.
Sara, Bizim.Media