Türkiyənin ATV telekanalında illərdir davam edən “Kuruluş Osman” tarixi serialı yeni mövsümdə tamaşaçı qarşısına “Kuruluş Orhan” adı ilə çıxacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Belə ki, baş rol ifaçısı Burak Özçivitin ayrılığının ardından serialda genişmiqyaslı yenilənmə prosesi başlayıb.
Altı mövsüm ərzində böyük izləyici auditoriyası qazanan layihə bu dəfə Osmanlı imperiyasının qurucusu – Osman qazinin oğlu Orxan qazinin yüksəliş dövrünü göstərəcək. Yeni hekayə imperiyanın dövlət strukturu formalaşarkən baş verən savaşlar, xəyanətlər və siyasi manevrlər üzərində cərəyan edəcək.
Qeyd edək ki, serialda baş rolu Mert Yazıcıoğlu canlandıracaq. Yeni mövsüm oktyabrın 29-da izləyicilərə təqdim ediləcək.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
08:41 / 17.10.2025
“Kuruluş Orhan” bu tarixdə başlayacaq - VİDEO
Hazırda oxunan: “Kuruluş Orhan” bu tarixdə başlayacaq - VİDEO
Hazırda oxunan: “Kuruluş Orhan” bu tarixdə başlayacaq - VİDEO
575723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.