Nisə Qasımova: “Demişdim ki, heç kim xəstəliyimdən yazmasın” - VİDEO

Nisə Qasımova: “Demişdim ki, heç kim xəstəliyimdən yazmasın” - VİDEO

Hazırda oxunan: Nisə Qasımova: “Demişdim ki, heç kim xəstəliyimdən yazmasın” - VİDEO

575713

Xalq artisti Nisə Qasımova xəstəliyi ilə bağlı yaşadığı çətin günlərdən danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Xəzər axşamı”nda məlumat verib.

Müğənni deyib ki, həmin dövrdə xəstəliyini gizlətmək istəyib: “Bütün media mənsublarına təşəkkür edirəm ki, xahişimi yerə salmadılar. Demişdim ki, heç kim xəstəliyim haqqında yazmasın. Loqopedimə də tapşırdım ki, yanınıza gələndə tək olum, heç kim məni görməsin.

Bu, mənim mənəvi dözümlülüyüm idi.
 

Dözdüm, çalışdım ki, heç kim öyrənməsin. Məni ziyarət etmək istəyən çox müğənni var idi, dedim ki, yox. İstəmirdim desinlər ki, əhvalı belədir və sairə. Çünki elə insanlar var ki, məndən də ağır xəstədirlər, yataq xəstəsidilər. Ağlamaq, bundan danışmaq mənlik deyil.


İnsanlar məni efirdə necə görüblərsə, elə də görsünlər”.

Qeyd edək ki, sənətçi insult keçirmişdi, daha sonra onun nitqində problem yaranmışdı.



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO