Əməkdar artist: “Rəşad səhnənin tozunu udmaqdan xərçəng oldu” - VİDEO

Əməkdar artist: “Rəşad səhnənin tozunu udmaqdan xərçəng oldu” - VİDEO

Hazırda oxunan: Əməkdar artist: “Rəşad səhnənin tozunu udmaqdan xərçəng oldu” - VİDEO

575690

Əməkdar artist Mətanət Atakişiyeva bu gün vəfat edən həmkarı Rəşad Bəxtiyarovun  vəfatından danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Elgizlə izlə” proqramında açıqlama verib.

Aktrisa Azərbaycan Dövlət Akademik Milli Dram teatrında birgə çalışdığı Bəxtiyarovun xəstəliyi ilə bağlı bunları söyləyib:
 

“Kənardan baxanda deyirlər ki, necə xoşbəxtdirlər, nə edirlər ki? Lakin o qədər əziyyətli bir sənətdir ki... Bizim dostumuz səhnənin tozunu udmaqdan  ağ ciyər xərçəngi oldu.


Yayda qış paltarları geyinib tərlədi, qışda soyuqdan üşüdü, bütün bunların nəticəsində bu xəstəliyə tutuldu. Ramiz Novruz, Kamal Xudaverdiyev, Fuad Poladov da eyni xəstəlikdən dünyasını dəyişdi. Bu da səhnədə toz udmaqdan yaranır. Diz çökürük, sürünürük, əllərimiz qapqara olur”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO