Rusiyalı müğənnni Kim Çen İnə mahnı bəstələdi: “Koreyanı irəli aparır!” – VİDEO

Rusiyalı müğənnni Kim Çen İnə mahnı bəstələdi: “Koreyanı irəli aparır!” – VİDEO

Hazırda oxunan: Rusiyalı müğənnni Kim Çen İnə mahnı bəstələdi: “Koreyanı irəli aparır!” – VİDEO

575461

Rusiyanın tanınmış müğənnisi “Z SHAMAN” (əsl adı Yaroslav Dronov) Şimali Koreya lideri Kim Çen İnə həsr olunmuş “Yoldaş Kim Çen İn – Koreyanı irəli aparır!” adlı mahnı təqdim edib.

Bizim.Media xəbər verir ki, mahnının sözlərində Şimali Koreya rəhbərinin “qəhrəmanlığı” və “xalqını inamla parlaq gələcəyə aparması” tərənnüm olunur. SHAMAN Kim Çen İni “sarsılmaz lider”, “xalqın dayağı” və “imperializmlə mübarizənin simvolu” kimi təqdim edir.
 

Mahnının klipi Şimali Koreyanın dövlət təbliğat videolarını xatırladan tərzdə hazırlanıb: fonda KXDR ordusunun yürüşləri, bayraq qaldırma mərasimləri, Kim Çen İnin gülümsəyərək əsgərlərlə görüşməsi və raket sınaqlarının kadrları nümayiş olunur.


Rusiyanın dövlət televiziyalarında və sosial şəbəkələrində bu mahnı fəal şəkildə paylaşılır.

Təbliğat kanalları SHAMAN-ın ifasını “Rus-Koreya dostluğuna musiqili salam” adlandırıblar.

Bununla yanaşı, bir çox sosial media istifadəçiləri mahnını “absurd tərif” və “müasir sovet təbliğatının parodiyası” kimi qiymətləndiriblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO