Avroviziya qalibimiz Nigar Camal şəxsi həyatı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə Nigar “Mədəni şou”da danışıb.
O deyib ki, son günlər çıxan iddiaların heç biri düz deyil:
“Ümumiyyətlə son zamanlar mənimlə bağlı çıxan iddialar o qədər gülməlidir. Elə gülməli gəlir ki… Tanışlarım da zəng edib deyirlər ki, “biz də gülürük”.
Ciddi qəbul etmirəm, boş-boş söhbətlərdir. Bilmirəm, niyə bunu edirlər? Heç vecimə də deyil. Şəxsi həyatla bağlı şayiələrdir. Nə çıxıbsa, hamısı yanlışdır. Bir faizi də düz deyil”.
Sara, Bizim.Media