Keçmiş baş nazirlə sevgili olan Keti Perri – FOTO

Keçmiş baş nazirlə sevgili olan Keti Perri – FOTO

Hazırda oxunan: Keçmiş baş nazirlə sevgili olan Keti Perri – FOTO

574979

Aylardır eşq yaşadıqları iddia olunan dünyaca məşhur müğənni Keti Perri ilə Kanadanın sabiq baş naziri Castin Trüdo birgə görüntülənib.

Bizim.Media xəbər verir ki, onların münasibəti lüks yaxtalarında çəkilən fotolarla təsdiqlənib.

Belə ki, dünya ulduzu ilə siyasətçinin səmimi anları yaxınlıqdakı turistlər tərəfindən çəkilib.
 

Onların daha əvvəl bir sıra sosial problemlərlə bağlı təşkil edilən tədbirlərdə tez-tez bir araya gəldikləri, münasibətlərinin də belə başladığı bildirilib.


Bundan əlavə 24 metrlik yaxtanın Keti Perriyə məxsus olduğu qeyd edilib.

Məlumata görə, cütlük daha münasibətlərini gizlətmək istəmir.




Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO