Keçmiş futbolçu Deyvid Bekhem sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, dünyaca məşhur aktyor Ceki Çan, basketbolçular Şakil O Nil və Yao Minqlə şəkillərini paylaşıb.
“Meeting 3 legends…” (Üç əfsanə ilə görüş) adı ilə paylaşdığı şəkilləri qısa zamanda minlərlə bəyənmə toplayıb.
Məşhurlar Makao şəhərində keçirilən “NBA China Games 2025” tədbiri çərçivəsində bir araya gəliblər.
Bizim.Media