Xəbər verdiyimiz kimi “Real Madrid” futbol klubunun müdafiəçisi Din Heysenin qardaşı Daimen Heysen azərbaycanlı xanımla ailə həyatı qurub.
Bizim.Media xəbər verir ki, İspaniyada keçirilən toy məclisində Əməkdar artist Vəfa Zeynalova da yer alıb.
Gəlinin adının Lalə olması isə aktrisa ilə bağlı dedi-qoduların yaranmasına səbəb olub. Belə ki, sosial şəbəkədə Daimenin V.Zeynalovanın qızı Lalə ilə evləndiyi xəbərləri yayılıb.
Aktrisa Axşam.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Lalə onun yox, rəfiqəsinin övladıdır:
"Rəfiqəmin qızıdır, ona görə toya dəvət almışam".
Qeyd edək ki, V.Zeynalovanın Lalə və Səbinə adlı iki qız övladı var.
Onu da əlavə edək ki, gəlin sabiq futbolçu Emin Məmmədovun bacısı Lalə Məmmədovadır.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
22:45 / 09.10.2025
"Real"ın futbolçusunun evləndiyi xanım Vəfa Zeynalovanın qızıdır? - AÇIQLAMA/FOTO
Hazırda oxunan: "Real"ın futbolçusunun evləndiyi xanım Vəfa Zeynalovanın qızıdır? - AÇIQLAMA/FOTO
Hazırda oxunan: "Real"ın futbolçusunun evləndiyi xanım Vəfa Zeynalovanın qızıdır? - AÇIQLAMA/FOTO
574463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.