Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO

Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO

Hazırda oxunan: Tolik aeroportdakı taksilərin bahalığından ŞİKAYƏTLƏNDİ - VİDEO

574425

Aparıcı, prodüser Tarix Əliyev hava limanında taksi ilə bağlı yaşanan problemlərə etiraz edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində danışıb.

Tolik deyib ki, insanlar ucuz taksi tapmaqda çətinlik çəkir:

“Azərbaycanda mötəbər tədbirlər olur, ölkənin qapısı isə Heydər Əliyev adına Beynəlxalq hava limanıdır. Ora təkcə imkanlı turistlər yox, Rusiyada, xaricdə yaşayan orta təbəqədə qazanc əldə edən, xəstəliyinə görə təyyarə ilə Gürcüstana, İrana getməli olan kasıb insanlarımız da gəlir.
 

Hava limanında London taksiləri var ki, Bakının bir yerindən digər yerinə 30 manatdan yuxarı aparırlar. Azərbaycanda orta əməkhaqqı 500-600 manatdan başlayır. 30 manat verib hava limanından şəhərə gəlmək pisdir. Baxdım ki, insanlar əziyyət çəkirlər, gətirdikləri payları, veşlərini əllərində hava limanından çıxarırlar ki, şirkət taksisi çağırsınlar. Bir il əvvəl maşın saxlamağın günü 5 manat idi, indi 15 manatdır. Mən də maşınımı orada saxlaya bilmirəm. Çünki o qədər qazanmıram ki, burada olmayanda 80-100 manat parkinq pulu verim. İnsanlar, yaşlı xanımlar əziyyət çəkirlər, düşüb piyada aeroportdan çıxırlar ki, 10-15 manat ucuza getsinlər.


Niyə biz əziyyət çəkirik? Bilet qiymətlərindən heç danışmırıq. Bayrama iki ay qalmış bilet tapılmır. Avropada Fransadan İtaliyaya 30 avroya uçurlar, biz buradan Naxçıvana 60 manata gedirik. Türkiyəyə 700 manatdan aşağı bilet tapmaq olmur. Bu, dövlətin yox, müəssisənin qərarıdır. Vətəndaşları incitməyək. Mənim qohumum gəlib, yaşlı qadındır, piyada çıxıb aeroportdan”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO