Dünən səhər saatlarında aparılan əməliyyatda çox növlü analiz vermək məcburiyyətində qalan 19 məşhurdan biri olan müğənni Hadisə, axşam Ankarada səhnəyə çıxaraq yaşananları tamaşaçılara özü danışıb.
Bizim.Media xəbər verir ki, səhnəyə bir qədər gec çıxan Hadisə, tamaşaçıların qarşısında səsi titrəyərək günün gərgin anlarını danışıb:
"Sizləri gözlətdiyimiz üçün üzr istəyirəm, amma bu, bizim əlimizdə deyildi. Çatmaq çox çətin oldu. Menecerim Haluk Şentürkə təşəkkür edirəm, mənim üçün xüsusi təyyarə təşkil etdi.
O olmasaydı, vaxtında gələ bilməzdik.
İcazənizlə, baş verənlər haqqında sizə bir az danışmaq istəyirəm. Həyatımda ilk dəfə səhər saat 6:30-da qorxaraq oyandım. Qapım dəhşətli şəkildə döyülürdü. Bacım Derya da yanımdaydı, dedim ki, 'nə baş verir?' Mühafizəçiyə zəng etdim, bu saatda qapını açmaq istəmədim.
'Jandarma gəlib, sizi aparmağa' dedilər. Bu cümlə çox dəhşətlidir, əvvəlcə bunu deyim. Amma çox nəzakətli davrandılar. İndi 14 saat keçib. Bunu demək istəyirəm: Hər kəsin başına bir şey gələ bilər, amma mən siqaret belə çəkmirəm.
Bu əməliyyatda adımın çəkilməsi mənə çox ağır gəldi. Psixoloji olaraq təsirləndim. Məni ailəm fərqli böyüdüb. Mən işini sevən bir qadınam və bu yerə heç kimin pulu ilə yox, öz zəhmətimlə gəlmişəm - nə ata, nə ana, nə də keçmiş sevgili pulu ilə.
Bu şəkildə xatırlanmaq və sizin qarşınızda bu məsələ ilə gündəmə gəlmək məni çox incitdi. Bunu bilməyinizi istərdim." (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
09:32 / 09.10.2025
Hadisə saxlanılmasından danışıb ağladı - VİDEO
Hazırda oxunan: Hadisə saxlanılmasından danışıb ağladı - VİDEO
Hazırda oxunan: Hadisə saxlanılmasından danışıb ağladı - VİDEO
574314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.