Müğənni İrəm Dərici narkotik maddələrin təşviqində ittiham olunması ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, ötən gün səhər saatlardan saxlanılan ifaçı mətbuat konfransı keçirib.
O, jurnalistlərə açıqlamasında Ədliyyə Tibb Qurumunda analiz verdiyini söyləyib:
“Hamınızdan çox bu nəticələri mən gözləyirəm. Alnım ana südü kimi tərtəmizdir. Nəticələr çıxsın, küçə-küçə, ev-ev gəzib göstərəcəyəm. Bu gün sevgilimlə üzük taxmalı idik, amma buradayam. Özümdən çox əminəm”.
Qeyd edək ki, Türkiyədə başladılan istintaq nəticəsində bir çox türk məşhur saxlanılıb. Onlar narkotik maddələrin istifadəsini təbliğ etməkdə ittiham olunurlar. Analiz verdikdən sonra sərbəst buraxılan məşhurlarla bağlı qərar gözlənilir.
Sara, Bizim.Media