Roza Zərgərlinin məşhur \

Roza Zərgərlinin məşhur \"polkovnik\"lə GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO

Hazırda oxunan: Roza Zərgərlinin məşhur \"polkovnik\"lə GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO

57190

Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin Bakıda görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, saxta polkovnik ötən gün Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edənlər arasında olub. Onun xiyabanda müğənni Roza Zərgərli ilə görüntüsü diqqətdən qaçmayıb.

Milli.Az məlumatı dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxlamağa çalışıb. Zəngə Rozanın köməkçisi cavab verib:

"Dəqiq kimliyini bilmirəm, amma deyəsən bəli, o şəxs Rasim Əhmədlidir. O, bizim qazilərimizdəndir. Səhv etmirəmsə, İkinci Qarabağ müharibəsinin qazilərindəndir. Adı da səhv etmirəmsə, Rasimdir, dəqiq yadımda deyil".  

Sonra həmin görüntü ilə bağlı məsələni dəqiqləşdirmək üçün müğənni Roza Zərgərlinin də fikirlərini öyrənə bildik:

"Şəhidlər Xiyabanında nə qədər adam mənlə şəkil çəkdirdi. Onlar deyəsən qazidirlər. Gəldilər yanımızda durdular, şəkil çəkdirdilər. Mən tanımıram o insanı. Dedilər Qarabağ müharibəsi veteranıyam, məncə hamısı veteranlardır".

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO