ATV-nin efiri niyə yarımçıq kəsildi? - “Vüsalə Əlizadənin verilişi bu gün də...” - AÇIQLAMA - VİDEO

ATV-nin efiri niyə yarımçıq kəsildi? - “Vüsalə Əlizadənin verilişi bu gün də...” - AÇIQLAMA - VİDEO

Hazırda oxunan: ATV-nin efiri niyə yarımçıq kəsildi? - “Vüsalə Əlizadənin verilişi bu gün də...” - AÇIQLAMA - VİDEO

56142

Dünən Vüsalə Əlizadənin "7 canlı" proqramının yayımı yarımçıq dayandırılıb.

Hadisə ilə bağlı Bizim.Media olaraq məsələyə aydınlıq gətirmək istədik. "ATV" kanalının mətbuat katibi Ozal İbrahimli efirin texniki nasazlıq səbəbi ilə dayandırıldığını bildirib:

“Efirdə baş verən texniki nasazlığa görə, canlı yayım dayandırılıb. Lakin izləyicilər bu gün Vüsalə Əlizadənin "7 Canlı" verlişini eyni saatda izləyə biləcəklər".

Qeyd edək ki, Təranə Qumral və onun həyat yoldaşı Musa Musayev verilişin qonağı olublar.

Veriliş başladıqdan qısa müddət sonra Qumral mahnı ifa edib. Bu zaman proqramın yayımı yarımçıq dayandırılıb.

Səkinə Yusibli, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO