“Keçən il bayram etmədim, qızıma da başa saldım ki, bizə görə canından keçən igidlərimizin ailəsi, balası gözüyaşlıdır, onlara görə edə bilmərik, onların xatirəsinə hörmət etmək borcumuzdur, acıları acımızdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə “Instagram” hesabında yazıb.
O, 2021-ci ilin yayında avtomobil qəzasında itirdiyi qardaşının oğlu və qızı Diləyin yer aldığı fotonu paylaşıb:
“Bu il Allahım belə məsləhət bilib, elə bir acı yaşatdı ki, mənim də canını, həyatını vətənə qurban verən igidim həyatımın rəngini soldurdu. Bayramlarım sıradan gün oldu, həyatım adı nəfəs döyüntüsünə döndü… Kimsə yaşamayacaq bu acını? Təbii ki yaşayacaq! Kimsə ölümsüz əbədidir? Əsla! Heç bir bəni-adəmin dəyişə bilməyəcəyi həyat oyunu…
Amma durmadan gedən həyatla ayaqlaşıb, dərdimiz, qubarımız bir ömür ürəyimizdə davam edirik, məcburuq dik durmağa, məcburuq gülümsəməyə, nə baş verdiyini hələ də bilməyən balalarımıza görə...
Ürəyimin ən böyük yarasını dondurdum, bu günahsızlar üçün, təki sizin üzünüz gülsün, xoşbəxt böyüyün. Sizə canım qurban”, - deyə, Vüsalə bildirib.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Əlihüseyn Əlizadə Dövlət Sərhəd Xidmətinin zabiti olub.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:04 / 06.01.2022
Vüsalə Əlizadə qəzada ölən qardaşından YAZDI: “Ürəyimin ən böyük yarası...” - FOTO
Hazırda oxunan: Vüsalə Əlizadə qəzada ölən qardaşından YAZDI: “Ürəyimin ən böyük yarası...” - FOTO
Hazırda oxunan: Vüsalə Əlizadə qəzada ölən qardaşından YAZDI: “Ürəyimin ən böyük yarası...” - FOTO
54109
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.