Əməkdar artist Elza Seyidcahan ilə müğənni Gülay Zeynallı arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, Elza “10-da görüşək” verilişində sənətçiyə verdiyi mahnını onun oxumamasından gileylənib:
“Gülay Zeynallıya irad bildirirəm. Ona elə gözəl mahnı vermişəm ki, adı “Əl çəksin kədər”dir. Görürəm ki, o mahnıları oxumurlar. Mən də toy səviyyəsində mahnılar yaza bilərəm. Yazmaq istəmədiyim üçün, müğənni oldum. Çünki mahnını verirsən, oxumurlar, deyirlər, bundan pul gəlmir”.
Gülay isə “Instagram”da Əməkdar artistin çıxışını paylaşaraq mahnını ürəyi nə vaxt istəsə onda oxuyacağını deyib:
“Elza xanım, sizi çox sevirəm, böyük hörmətim var. Amma mahnı verməmisiniz, satmısınız. Mən də almışam. Mahnı artıq mənimdir. Ürəyim istəyən zaman ifa edərəm”.
Xatırladaq ki, Gülay sözügedən mahnını 6 il öncə səsləndirib.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:14 / 28.12.2021
Elza ilə Gülay arasında QALMAQAL: “Əl çəksin...” - VİDEO
Hazırda oxunan: Elza ilə Gülay arasında QALMAQAL: “Əl çəksin...” - VİDEO
Hazırda oxunan: Elza ilə Gülay arasında QALMAQAL: “Əl çəksin...” - VİDEO
52863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.