“Vicdan”la sorğu-suala tutulacaqsınız – Firuzə İsmayıldan yeni film - FOTOLAR 

“Vicdan”la sorğu-suala tutulacaqsınız – Firuzə İsmayıldan yeni film - FOTOLAR 

Hazırda oxunan: “Vicdan”la sorğu-suala tutulacaqsınız – Firuzə İsmayıldan yeni film - FOTOLAR 

52162

2022-ci ilin Yanvar ayının 15-də “Vicdan” qısametrajlı psixoloji film tamaşaçılara təqdim olunacaq. 

Bizim.Media xəbər verir ki, filmin təqdimatı saat 21:00-da baş rollardan birinin ifaçısı, aktyor Zaur İskəndərovun Youtube kanalında (@zaur_iskenderov ) yayımlanacaqdır.
 

Pandemiya dövründə bir çox fərqli hissləri bir arada yaşayan, özü ilə baş-başa qalan insanlar psixoloji cəhətdən öz vicdanlarını sorğulamağa başladılar. Filmin əsas məzmunu də məhz bu sujet xətti üzərində qurulub. 


Filmin ssenari müəllifləri və baş rol ifaçıları Firuzə İsmayıl və Zaur İskəndərovdur. 

Filmin rejissor və operatorluğunu isə Əli Zamansoy öz öhdəsinə götürüb. Filmdə İsfar Sarabskinin “Planet” musiqisi səsləndirilib.

Ekran əsərinin səs rejissorluğu və montaj işi Rauf Cavadova aiddir.  

Xatırladaq ki, filmin çəkilişləri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında baş tutub. 

Bizim.Media






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO