"Amazon"un onlayn xidmətlərində problem yarandı

Hazırda oxunan: "Amazon"un onlayn xidmətlərində problem yarandı

51456

Bəzi ölkələrdən olan istifadəçilər "Amazon" korporasiyasının onlayn xidmətlərinin işində problem olduğunu bildiriblər.

Bizim.Media xəbər verir ki, bu, "Downdetector" xidmətinin məlumatlarında əks olunub.

Bildirilir ki, problem "Amazon"un bulud hesablamaları sahəsində xidmətlər göstərən bölməsi olan Amazon Web Services-in işində qeydə alınıb.

"Amazon"un Twitch axın saytının istifadəçiləri də problemlər barədə məlumat veriblər. Şirkətin onlayn mağazasının işində də problemlər yaşanıb. Ən çox şikayət ABŞ-dakı istifadəçilərdən gəlib. Hindistan, Almaniya, Böyük Britaniya və Kanada da qəzalar barədə məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO