Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərim üçün elçi getməsi məsələsinə reaksiya verib.
Bizim Media xəbər verir ki, müğənni bu barədə "10-da görüşək" proqramında danışıb.
İsgəndərli Kərimin ikinci dəfə evlənməsi ilə bağlı suala əsəbiləşib.
"Həqiqətləri ancaq mən deyə bilərəm. O da lazım gəlsə... Gözəl xəbərlər olanda eşidəcəksiniz. Bunlar heç nə demək deyil, özüm xəbər edəcəm. O qədər eyni adda adamlar var ki... Bir odur?Bu bir təsadüfdür. Qucağımdakı tort da reklamdır. Məsələn, bacımın qızının evində də nişan olub" - deyə, ifaçı söyləyib.
Qeyd edək ki, ötən gün M.İsgəndərlinin keçmiş gəlini Canana müğənninin oğlu Kərimin ikinci dəfə ailə həyatı quracağı barədə “Instagram”da məlumat vermişdi.
Mətanət İsgəndərli eyni zamanda üzərində "Allahın əmri, peyğəmbərin izni ilə qızınız Ayseli oğlum Kərim üçün istəməyə gəlmişik" yazısı olan tort paylaşıb. Kərim oktyabrda həyat yoldaşından boşanıb və 3 övladını anasından alıb.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:58 / 15.12.2021
Mətanətdən oğlunun yenidən evlənməsi barədə suala sərt cavab: “Lazım gəlsə...” - VİDEO
Hazırda oxunan: Mətanətdən oğlunun yenidən evlənməsi barədə suala sərt cavab: “Lazım gəlsə...” - VİDEO
Hazırda oxunan: Mətanətdən oğlunun yenidən evlənməsi barədə suala sərt cavab: “Lazım gəlsə...” - VİDEO
50782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.