Bu il “Uşaq Avroviziyası-2021”də Azərbaycanı 12 yaşlı Sona Əzizova “One of those days” mahnısı ilə təmsil edəcək.
Bizim.Media xəbər verir ki, təmsilçimiz Türkiyə mətbuatına müsahibəsində mahnısının həyata sevgidən, özünə inamdan, ruhun gücündən bəhs etdiyini deyib.
Yeniyetmə müğənni mahnısını başqalarını xilas etmək üçün öz həyatlarını riskə atan insanlara həsr etdiyini vurğulayıb:
“Mahnı başqalarının həyatı üçün öz həyatını riskə atan insanlara həsr olunub. Son bir ildə mən əmin oldum ki, superqəhrəman olmaq üçün Supermen paltarı geyinmək vacib deyil. Əgər ürəyimiz sevgi ilə doludursa, hər birimiz Supermen ola bilərik. Məsələn, 2020-ci ildə özlərini digərləri üçün fəda edən yanğınsöndürənlər, tibb bacıları və həkimlər. Onlar məhəbbətlə doludurlar. İstəyirəm ki, onlar heç vaxt sevməkdən əl çəkməsinlər. Baxmayaraq ki, bəzən bu inanılmaz dərəcədə çətin olur. Arzu edirəm ki, mahnım onlara çatsın”.
Qeyd edək ki, 19 ölkənin iştirakı gözlənilən müsabiqə Sena çayı üzərində Segun adasında “La Seine Musicale” konsert zalında keçiriləcək. Bu, Azərbaycanın “Uşaq Avroviziya” mahnı müsabiqəsində 4-cü iştirakı olacaq.
Bizim.Media