Əməkdar artist Cavanşir Məmmədovun açıqlaması müzakirələrə səbəb olub. Müğənni "Tarixin bir günü" verilişində sənət adamları ilə bağlı ideya irəli sürüb. O bildirib ki, insanlardan müğənnilərə yardım üçün pul yığılmalıdır.
"Bankda hesab açılmalıdır. Tutaq ki, Cavanşir Məmmədov "Xalq artisti" olmaq istəyir, xidmətlərim buna yol verir. 10 milyon millətimiz var. 5 milyonu kənara qoyaq, qalan beş milyon 50 qəpikdən 5, 10 minə qədər, gücü nəyə çatırsa, hesaba köçürsün. Hesabda 5 milyon yarandıqdan sonra Mədəniyyət Nazirliyinin balansında olsun. Sənət adamları xəstələnəndə həmin pul ona xərclənsin. Demir, filan müğənnini sevirəm, ona 50 qəpik, 1 manat verəndə dünya dağılır? O pul yığılandan sonra təsdiq edir ki, müğənnini sevirlər" , - deyə müğənni əlavə edib.
Bizim.Media-ya açıqlama verən müğənni Afət Fərmanqızı həmkarımın irəli sürdüyü ideya ilə razılaşmayıb.
O, əksinə, sənətçilərin insanlara kömək etməli olduqlarını qeyd edib:
“Cavanşir müəllimə hörmətimiz böyükdür. İndi o insan elə düşünür. Amma mən o fikirlə razı deyiləm. Müğənninin yarım saat oxumağı müəlimin, həkimin 2 aylıq maaşından çox eləyir. Ona görə hələ müğənni xalqa yardım etməlidir. Müğənni də, xalq artisti də xəstələnsin. Hamının balası özünə əzizdir. Əksinə qəlbi keçən şəxslər şəhidlərimizin ailələri, vətəni qoruyanlar üçün yardm etməlidir. Yoxsa müğənni kimdir ki?”, - deyə Afət Fərmanqızı bildirib.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:50 / 07.12.2021
Afətdən Cavanşir Məmmədova SƏRT CAVAB: “Müğənni kimdir ki...” - VİDEO
Hazırda oxunan: Afətdən Cavanşir Məmmədova SƏRT CAVAB: “Müğənni kimdir ki...” - VİDEO
Hazırda oxunan: Afətdən Cavanşir Məmmədova SƏRT CAVAB: “Müğənni kimdir ki...” - VİDEO
49503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.