Müğənni Dilarə Kazımova "Söz-baz" proqramında qonaq olub.
Bizim.Media xəbər verir ki, münasibətləri barədə danışan sənətçi boşanma səbəbini də açıqlayıb:
"Bir müddət dost olmuşduq. Bilirdim ki, mənə aşiqdir. Hər şey məndən asılı idi, "hə" desəydim, ailə quracaqdıq. Toy haqda düşünmüşdük, amma Avroviziya müsabiqəsinə görə vaxtını dəyişdik. Mənim də ona sevgim var idi. Etibar etdim, amma düzgün seçim etmədim. Bilmirəm niyə belə oldu. Çox qısqanc idi. Bu səbəbdən ayrıldıq. Mənim üçün çox çətin idi. Heç nə etmirdim, amma dava edirdik. Qışqırmaqdan səsim işləmirdi. İki il birlikdə olduq, amma başa düşdüm ki, artıq ayrılmalıyıq.
Qeyd edək ki, D.Kazımova 2014-cü ildə Türkiyə vətəndaşı Mərd Aslanla ailə qurub. Cütlük rəsmi olaraq 2018-ci ildə boşanıb.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:40 / 07.12.2021
Dilarə boşanmasından DANIŞDI – “Qışqırmaqdan səsim işləmirdi” - VİDEO
Hazırda oxunan: Dilarə boşanmasından DANIŞDI – “Qışqırmaqdan səsim işləmirdi” - VİDEO
Hazırda oxunan: Dilarə boşanmasından DANIŞDI – “Qışqırmaqdan səsim işləmirdi” - VİDEO
49418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.