Məşhur müğənnidən TƏNQİD – “Nə qədər narkoman, şizofren və cinayətkar varsa, efirdədir”

Məşhur müğənnidən TƏNQİD – “Nə qədər narkoman, şizofren və cinayətkar varsa, efirdədir”

Hazırda oxunan: Məşhur müğənnidən TƏNQİD – “Nə qədər narkoman, şizofren və cinayətkar varsa, efirdədir”

49301

“”Youtube”da təzə dəb duşub. Ölkədə nə qədər narkoman, ruhi xəstə, şizofren, cinayətkar varsa, qabağına mikrofon qoyub bir saatlıq müsahibə, süjet, sənədli film hazırlayırlar və yüzminlərlə baxış... Biabırçılıqdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri gənc müğənni, “Abşeron" qrupunun rəhbəri Şəhriyar Məhərrəmov özünün “Facebook” hesabında paylaşıb.

Onun sözlərinə görə sosial şəbəkələrdə məşhurlaşan fenomenlərin reklam qiymətlərinə yaxın durmaq mümkün deyil. Cəmiyyət isə belələrini izləyir:

“Samiraldo (stilist Samir Əliyev) səhifəsində reklamı 2 min manat paylaşır. Yeni məkan, şirkət açılışına 4-5 min manata gedir və sadəcə “açıldı” deyir. Tosu Zəngilanlının bütün günləri, hətta gələn ay da doludu.

Yəni imkanlı qaqalar, ailələr hər gün onu yemək masasına, kabinetə, bağ evlərinə dəvət edərək “zanit” edir. Hətta toylara 100-dən aşağı getmir. Gündüz dayı ard-arda reklam çəkilişlərindədir. Hansı səhifəni açırsan reklamda yeyib içir. Bayram Nurlunun isə reklam qiymətlərinə yaxın durmaq mümkün deyil. 28 may metrostansiyasının yaxınlığında kalonka daşıyan oğlan artıq kompüter, səs avadanlıqları mağazalarının reklamına çəkilir. Hətta yalnız onu görməyə və şəkil çəkdirməyə gedənlər var.

Özünü “Azəri Vandam” kimi təqdim edən Zaqatala rayonu, Çobankol kənd sakini Ruslan İsmayılovu kənddən kəsəkdən Bakıya çağırıb efirə də çıxartdılar. O da “Tik-Tok”da və “Instagram”da reklam götürür. Bu cür nə qədər  və son illərdə sosial şəbəkələrdə məşhurlaşanlar var. Bunlar kimə lazımdır”, - deyə müğənni qeyd edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO