Murad Arifdən yerli müğənnilərə MƏSLƏHƏT – “Reallıqla barışın”

Murad Arifdən yerli müğənnilərə MƏSLƏHƏT – “Reallıqla barışın”

Hazırda oxunan: Murad Arifdən yerli müğənnilərə MƏSLƏHƏT – “Reallıqla barışın”

46581

“Niyə xarici ulduzlar turnedən, “awards”dan, konsertlərdən, məşqlərdən, səhnələrdən paylaşım edəndə bizdəkilər əsasən toy paylaşımları edirlər?”

Bizim.Media xəbər verir ki, bunu bəstəkar-müğənni Murad Arif yazıb.

“Facebook” hesabından etdiyi paylaşımda Azərbaycanda konsert verməyin məsləyin təbii halı deyil,  lüks olduğunu vurğulayan müğənni bunun səbəblərini belə izah edib:

“Çünki, bir konsertin maliyyəsi (yəni, məkan arendası, səhnə, dekor, işıqlar, səs, ansambl, rəqs kollektivi, reklamı, piarı) 30-40 MİN xərc təşkil edir. Sponsor, dəstək olmazsa, bilet satışı o xərcləri qarşılamır.

Cəmi 1 meqapolisimiz var və 2 milyon əhalidən bilet alacaq pərəstişkar sayı, ildə 1 konsertə ancaq çatar. Azərbaycanda ən möhtəşəm rəqəmsal satışlar, milyonlarla klik, sənə nə maşın, nə ev, nə bağ, nə bahalı kliplər, nə də "Ulduz həyatının" maliyyəsini verməyəcək”.

Murad Arif buna görə özümüzü başqa ölkələrlə müqayisə etməməyi tövsiyə edib.

“Müqayisə etməyək, özümüzdən türk, rus, amerikan ulduzu uydurmayaq, məncə. Qonşu ölkələrdəki, Murat Boz, Edis, Dorn, Dima Bilan və ya qeyri biri il ərzində 70-80 şəhərdə konsert verir, orda əhali sayı və bazar böyükdür. Bizdə heç vaxt konsert biznesi və möhtəşəm digital satışlar olmayacaq. Reallıqla barışın və prosesdən zövq almağa çalışın. Musiqi musiqidir”, - deyə M. Arif fikrini yekunlaşdırıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO