"Nankor, qəddar insanlar var... Ürəkbulandıran məxluqlar, sizədir sözüm! Heç vaxt heç kimə qarğış etməmişəm amma ana mövzüsunda gözüm balamı da görməz, bilin! Allaha tapşırıram sizi, dırnaqarası insancıqlar, əzizləriniz ölsə, görüm siz hansı hissləri keçirdəcəkdiniz? Görüm sizə heç kəfən qismət olacaq?".
Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl koronovirusdan anasını itirən müğənni Zenfira İbrahimova yazıb.
Sənətçi onun sözlərini məzxərəyə qoyanlara qarğış edib:
"Ay arsızlar, durub dünyadan köçən insanın arxasınca danışırsız, mənim sözümü məzxərəyə qoyursunuz ki, nə bilirsən Anan cənnətdədir? Deyim sizə niyə bilirəm. Kaş mənim anam kimi sizin ananız öz zəhməti ilə bir otağda müharibənin qızğın vaxtında, dünyanın alt-üst olduğu vaxtda 3 övladı tək başına böyüdə. Nə zülmlə boya başa çatdırıb, balalarına xidmət edib, geyinməyib, sizin ananız kimi bəzənməyib, xoş gün görməyib və kiməsə əyilməyib. Alın təri ilə zəhmət ilə böyüdüb bizləri məyər belə insanın yeri cənnət olmaz? Niyə mühakimə etmədən öncə özünüzə, öz nəslinizə çönüb baxmırsız. Bəlkə, içim rahatlanır anam cənnətdədir deyəndə, hə?
Mən anamla nəfəs almışam, anamı bu soyuq silahla itirmişəm. Sizin görüm əzizlərinizin başına gəlsin. Məni qınayanlar, əzizləriniz mənim çəkdiyimi çəksin!
Yaram təzədir, mənimlə işiniz olmasın. Bu dünyada və axirətdə kül olasınız inşallah. Səviyyəsizlər nəslindən xəbəri olmuyan binamuslar".
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:47 / 10.11.2021
Anası ölən müğənni izləyicilərinə söyüş söyüb, qarğış etdi - “Görüm sizə...”
Hazırda oxunan: Anası ölən müğənni izləyicilərinə söyüş söyüb, qarğış etdi - “Görüm sizə...”
Hazırda oxunan: Anası ölən müğənni izləyicilərinə söyüş söyüb, qarğış etdi - “Görüm sizə...”
45352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.