Əfsanəvi ABBA 40 il sonra geri döndü - FOTO/VİDEO

Əfsanəvi ABBA 40 il sonra geri döndü - FOTO/VİDEO

Hazırda oxunan: Əfsanəvi ABBA 40 il sonra geri döndü - FOTO/VİDEO

44792

20-ci əsrin əfsanəvi musiqi qrupu olan ABBA 40 illik fasilədən sonra səhnəyə geri qayıtmaq qərarı alıb. Belə ki, 1982- ci ildə dağılan qrup illər sonra bir araya gələrək yeni mahnılarını dinləyicilərinə təqdim edib. 

Bizim.Media “BBC news”a istinadən xəbər verir ki, qrup 2022-ci ildə  Londonda konsert verməyi planlaşdırır.

Konsertin keçiriləcəyi məkan da dəqiqləşdirilib. Qrup sevənlərini Şəhzadə Elizabet adına Olimpiya parkında onlara özəl olaraq inşa ediləcək “ABBA Arena”da qarşılayacaqlar.

 

Digital platformalarda işıq üzü görən yeni iki mahnıdan biri olan “İ still have faith in you” adlı mahnı qrup üzvlərinin illər keçməsinə baxmayaraq bir-birinə olan sevgilərindən, bağlılıqlarından bəhs edir. 


Qeyd edək ki, İsveç pop-qrupu "ABBA" 1972-ci ildə yaranıb. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb. (ABBA qrupunun üzvləri Benny Andersson, Bjorn Ulvaeus, Agnetha Faltskog and Anni-Frid Reuss.) 1974-cü ildə "Waterloo" mahnıları "Eurovision" müsabiqəsində birinci yeri tutduqdan sonra, qrup daha da məşhurlaşmağa başlayıb.

Karyera müddətində "ABBA" qrupu səkkiz studiya albomu buraxıb. Sonuncu "The Visitors" adlı albomu isə 1981-ci ildə çıxıb.

Onlar qrupun dağıldığı barədə rəsmi açıqlama verməsələr də, amma "ABBA" qrupunun 1983-cü ildən dağıldığı hesab edilir. Dünya üzrə qrupun 350 milyon albomu satılıb.

Səkinə Yusibli, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO