“Həyat yoldaşına xəyanət etməyən kişi yoxdur” – Teleaparıcı qadınlara səsləndi

“Həyat yoldaşına xəyanət etməyən kişi yoxdur” – Teleaparıcı qadınlara səsləndi

Hazırda oxunan: “Həyat yoldaşına xəyanət etməyən kişi yoxdur” – Teleaparıcı qadınlara səsləndi

44487

“Həyat yoldaşına xəyanət etməyən kişi yoxdur. Kim deyirsə, etmirəm inanmıram”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Tarixin bir anı” verilişində qonaq olan tanınmış teleaparıcı Vüsalə Kərimova deyib.
 

O bildirib ki, xəyanətə görə boşanmaya da normal baxmır:


“Xəyanətə görə boşanan qadınları da anlamıram. Arvadına xəyanət etməyən kişi yoxdur. Hansı qadın düşünür ki, əri ona xəyanət etmir, o qadının düşüncəsi mənə maraqlıdır”.

Xatırladaq ki, Vüsalə Kərimova 25 oktyabr 1977-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. İxtisası - telejurnalistdir. İlk televiziya fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının 1-ci kanalında «Manevr» hərbi proqramından başlayıb. "Lider" və "Space" kanallarında qısa müddətdə bir sıra verilişlərdə çalışıb. Daha sonra 5 il ATV telekanalında "Ana xəbər" bülletenini təqdim edib.

Hazırda "SOY" prodakşnın hazırladığı və "Space" televiziyasında yayımlanan "Gün aydın" verilişinin aparıcısıdır.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO