Mətanətin oğlu ilə gəlininin BOŞANMA SƏBƏBİ açıqlandı

Mətanətin oğlu ilə gəlininin BOŞANMA SƏBƏBİ açıqlandı

Hazırda oxunan: Mətanətin oğlu ilə gəlininin BOŞANMA SƏBƏBİ açıqlandı

44198

"Mən ev, mülk istəmirəm, mən balalarımı istəyirəm".

Bizim.Media xəbər verir ki, bunu əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana "Tarixin bir günü" verilişində deyib.

Sənətçinin keçmiş gəlini bildirib ki, qaynanası ilə sözləri tez-tez çəp gəlirmiş:
 

MÖVZU İLƏ BAĞLI:

Gəlinindən Mətanətə: "Pulun var deyə, mənə zərbələr vurursan" - VİDEO


"8 il nişanlı qalmışam, 12 ilin gəlini olmuşam. Kərimlə aramızda 20 illik sevgidir, bu gün bitir. İlk səfə nişan taxılandan sonra Mətanət xanım istəmirdi, nişanı geri qaytartdırdı. O istəmirdi. Niyə üzük taxırdı, niyə qaytarırdı? Sonra 4 il ayrı qaldım Kərimdən. Yenə dayanmırdı, deyirdi "boşayacayıq". Amma özü də boşanmağı istəmirdi, ətrafında kimlərsə onun beynini doldururdu. Özü deyirdi ki, "mənə qalsa istəmərəm boşanasınız, sən yaxşı qızsan". 

Bizim evimiz olmayıb, biz onsuz da kirayədə yaşamışıq. Toyumdan sonra həmişə kirayədə qalmışam, yenə də razı olmuşam.

Məni maddiyat, ev, mülk maraqlandırmır, əsas uşaqlarımın şəraitidir. Ancaq yenə də deyirdim ki, "Kərim, ananın yanına kirayə köçməyək". Çünki qaynanam uşaqları çox ərköyün edirdi, dəhşət dərəcədə. Mən ərköyün böyüməklərini istəmirəm, istəyirəm başqa cür böyüsün.
 

O, ancaq həmişə deyir ki, "Tuncay sən rahat ol". Evə kimsə gəlir, deyirəm "Oğlum, dur görüş, salam ver". Mətanət xanım deyir ki, "Sən uşağı niyə incidirsən? Qoy otursun". Yəni mənim tərbiyəm başqadır, onun tərbiyəsi başqa. Həmişə də belə şeylərə görə evdə söz-söhbət yaranırdı". 


Xatırladaq ki, Kərim və Canananın üç övladı var. Cütlük bir neçə gün əvvəl boşanıb və uşaqların qəyyumluğu ataya verilib (milli.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO