Elgiz onu təhqir edən şəxsi məhkəməyə verdi – “BAĞIŞLAMARAM” - VİDEO 

Elgiz onu təhqir edən şəxsi məhkəməyə verdi – “BAĞIŞLAMARAM” - VİDEO 

Hazırda oxunan: Elgiz onu təhqir edən şəxsi məhkəməyə verdi – “BAĞIŞLAMARAM” - VİDEO 

40831

Elgiz Əkbər sosial şəbəkədə onu təhqir edən izləyicini polisə şikayət edib: 

Bizim.Media xəbər verir ki, aparıcı bu barədə "Elgizlə izlə" proqramında deyib.  

"Sosial şəbəkədə xəbər portalları mənlə bağlı məlumatlar qoyurdu. Bir adam oturub hər yerdə məni təhqir edirdi.

Bir gün keçdi öz səhifəmdə təhqir etdi. Sonra öz səhifəsində xəbərlər paylaşıb, tanınmışları təhqirə başladı. Düşünürdü ki, bu yolla diqqət çəkib pul qazanacaq. Bir gün Xatun mənə bir səhifə atdı ki, bu adam bir neçə sənət dünyasında olanları təhqir edir, səni də edib. Baxdım, şok oldum. Şəxsi pofilimi qırıb, şəkillərimi oğurlayıb, tərbiyəsiz formada sözlər yazıb və yayıb. O gündən Facebook səhifəmi bağladım. Dedim, onu bağışlamaram. Polisə verdim, iki günə onu tapdım. İşimi atıb gəldim ki, kimdir, məndən nə istəyir? Balacaboy biri, onu görüb şok oldum. Dedim, bu halınla məni təhqir edirsən? Evdən çıxanda güzgüyə baxırsan? Sən kimsən? Ailəsi gəldi xahiş etdi. Başladı ağlamağa, üzr istəməyə. Nəyə lazım idi?", - deyə Elgiz bildirib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO