Faiq Ağayevdən ölüm xəbərinə REAKSİYA - \

Faiq Ağayevdən ölüm xəbərinə REAKSİYA - \"Allah mənə rəhmət etsin!\"

Hazırda oxunan: Faiq Ağayevdən ölüm xəbərinə REAKSİYA - \"Allah mənə rəhmət etsin!\"

40632

Son zamanlar Azərbaycan haqqında yayılan dezinformasiyalar  məşhurlardan da yan keçməyib.

Bizim.Media xəbər verir ki, bu dəfə fake xəbərlərinin qurbanı Xalq artisti Faiq Ağayev olub. O, bu barədə Facebook sosial şəbəkəsindən pərəstişkarlarına xəbərdarlıq edib. İfaçı qeyd edib ki, hansısa şəxslər onun Vikipediya səhifəsinə müdaxilə edərək orada  ölüm tarixinin qeyd ediblər.

"Allah mənə rəhmət eləsin!
 

Son günlər ya erməni, ya fars, ya da ki, onların yerli nökərləri Azərbaycanın görkəmli artistlərinin azərbaycan dilindəki Wikipedia məqalələrinə yalan ölüm məlumatları əlavə edir.


Bu dezinformasiyalara uymayın, dostlar. 

Artıq lazımi düzəlişlər etdik".

Xalq artisti bu cür halların qarşısını almaq üçün aidiyyəti dövlət orqanlarına da müraciət edib.
 

"Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, ölkədə ictimai təhlükəsizliyi pozmaq cəhdini göstərən bu şəxs (şəxslər) ilə bağlı araşdırma aparmağınızı sizdən rica edirəm".


Xatırladaq ki, son zamanlar vətən müharibəsinin ildönümü ərəfəsində rusdilli sosial şəbəkələrdə müxtəlif saytlar və telegram kanalları vasitəsilə Azərbaycan əleyhinə təxribat və dezinformasiya xarakterli məlumatlara yer verilir. 

Bizim.Media







 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO