Turan İbrahimov \

Turan İbrahimov \"Space\"dən ayrıldı – SƏBƏBİNİ özü açıqladı

Hazırda oxunan: Turan İbrahimov \"Space\"dən ayrıldı – SƏBƏBİNİ özü açıqladı

39973

Aparıcı Turan İbrahimov Space Televiziyasından ayrılıb.

Bizim.Media xəbər verir ki, bu barədə aparıcı özünün Facebook səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Turan İbrahimov efirə qayıtdı


"Əlavə söz-söhbət çıxmasın deyə özüm yazım. Yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq bu mövsüm SPACE TV-də olmamaq qərarı vermişəm.

Səbəb isə ümumilikdə TV işinə həvəsimin qalmamasıdır. Televiziya mənim üçün hər zaman ikinci iş yeri və hobbi olub. 4-5 il öncəyə qədər mənim üçün ikinci iş kimi sərfəli idi, həm də həvəsim vardı.
 

Hazırda isə bir daha deyim, TV-yə həvəsim qalmayıb. Həm də TV, xüsusi ilə də özəl TV-lər əksəriyyət peşəkarlar üçün ciddi iş yeri olma özəlliyini itirib. 


Gələcək nə gətirəcək bilmirəm. Amma bu dəqiqə tamam başqa əhvalda və tam başqa gözləntilərdəyəm. 

Hazırda əsas hədəfim öz işlərimi böyütmək, PR, Media və kommunikasiya mütəxəsisi kimi şirkətlərlə əməkdaşlığımı genişləndirməkdir”, deyə o, qeyd edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO