Xəyalə efirə əri ilə gəldi – “Hər ailədə söz-söhbət olur” - VİDEO 

Xəyalə efirə əri ilə gəldi – “Hər ailədə söz-söhbət olur” - VİDEO 

Hazırda oxunan: Xəyalə efirə əri ilə gəldi – “Hər ailədə söz-söhbət olur” - VİDEO 

37952

Aparıcı-aktrisa Xəyalə Quliyeva “Bu ana kimi” proqramında qonaq olub. 

Bizim.Media xəbər verir ki, həyat yoldaşı Yusif və iki övladı ilə efirə gələn aktrisa, ailə həyatından danışıb.  

16 ildir evli olan Xəyalə bəzən həyat yoldaşı ilə aralarında problemlər yaşasa da özünü xoşbəxt hiss etdiyini bildirib: 

“Deyim ki heç vaxt söz-söhbətimiz olmur, idealdır hər şey, elə deyil. Hər ailədə söz-söhbət olur. Bizim dalaşmağımız 5 dəqiqə çəkir. Bir məsəl var “Ər-arvad dalaşmağı, yaz yağışı kimidir”. Biz də burada dalaşıb, burada barışırıq, gülüb-danışırıq. Əsas odur ki, aramızda kin qalmır. Biz ailə qurmazdan əvvəl 4 il görüşmüşük. Onda bir-birimizin xasiyyətini bilib evlənmişik”. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO